10 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2029024703 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 27 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 99.6041 (5.3%) manat və 99.7181 (3.77%) manat olan 21 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 71,719,200 manat olmuşdur. 

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.7159 (3.8%) manat, orta ölçülmüş qiyməti isə 99.7164 (3.79%) manat olaraq müəyyən edilmişdir. 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 07.12.2022-ci ildir. 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.