17 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100182S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiymət aralığı 99.4397  AZN (7.26%) və 99.4773 AZN (6.76%) arasında olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 408,541,300.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4773 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000.00 AZN təşkil etmişdir. 

Notların ödəmə tarixi 15.07.2020