31 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50101489S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 99,5167 (6,24%) və  99,5543 (5.76%) olan 23 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 860.724.000,00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,5543 (5.76%), orta ölçülmüş qiyməti isə 99,5543 (5.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150,000,000.00 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 28.04.2021-ci ildir.