10 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50102179S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 8 investor tərəfindən qiyməti 99.4773  AZN (6.76%) olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 98,266,200.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4773  AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773  AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi               

98,266,200.00 AZN təşkil etmişdir. 

Notların ödəmə tarixi 08.07.2020