22 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50400589S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 95.3290  (7%) və  96.1307 (5.75%) olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 222,116,700.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 95.8148 (6.24%), orta ölçülmüş qiyməti isə 95.8234  (6.23%)  müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100,000,000.00 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 01.10.2021-ci ildir.