15 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50300389S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 96.6183 (7.50%) və  97.3913  (5.74%) olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 293,080,800.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.3868 (5.75%), orta ölçülmüş qiyməti isə 97.3868 (5.75%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 120,000,000.00 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 02.07.2021-ci ildir.