16 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2103024702 dövlət qeydiyyat nömrəli 35 milyon manat həcmində 167 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,605.6485 (8.85%) manat və 9,642.5997 (7.99%) manat olan 12 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 77,600,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,616.3606 (8.6%) manat, orta ölçülmüş qiyməti isə 9,624.8794 (8.4%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 35,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 30.11.2023-cü ildir.