25 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2091024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9585.3400 (9.27%) manat və 9623.2189 (8.39%) manat olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 29,870,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9585.3400 (9.27%) manat, orta ölçülmüş qiyməti isə 9600.9967 (8.91%)manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 29,870,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 09.11.2023-cü ildir.