24 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2090024707 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9808.00 (8.39%) manat və 9823.7295 (7.69%) manat olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30,660,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9810.4700 (8.28%) manat, orta ölçülmüş qiyməti isə 9816.7170 (8%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 16.08.2023-cü ildir.