18 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2088024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9,352.6000 (9.89%) manat və 9,407.9573 (8.99%) manat olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,410,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,376.4654 (9.5 %) manat, orta ölçülmüş qiyməti isə 9,387.9103 (9.31%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

 Notların ödəmə tarixi 25.01.2024-cü ildir.