10 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2082024707 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 15 investor tərəfindən qiymət intervalı 9813.3822 (8.15%) manat və 9828.2400 (7.49%) manat olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,530,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9816.9788 (7.99%) manat, orta ölçülmüş qiyməti isə 9822.6688 (7.74%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 02.08.2023-cü ildir.