3 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2078024703 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 17 investor tərəfindən qiymət intervalı 9816.7539 (8%) manat və 9841.8000 (6.89%) manat olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42,160,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9822.3788 (7.75%) manat, orta ölçülmüş qiyməti isə 9827.6374 (7.52%) manat  olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 26.07.2023-cü ildir.