26 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2068024705 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 9361.1047 (9.75%) manat və 9404.2413 (9.05%) manat olan 10 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği

22 060 000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti  9370.9356 (9.59%) manat və orta ölçülmüş qiyməti  9389.2213 (9.29%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 05.10.2023-cü ildir.