25 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2066024707 dövlət qeydiyyat nömrəli 45 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 9810.0128 (8.30%) manat və 9821.4783 (7.79%) manat olan 12 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği

56 120 000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti  9814.5058 (8.10%) manat, orta ölçülmüş qiyməti isə  9817.8864 (7.95%) manat  olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 45,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 19.04.2023-cü ildir.