19 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2064024709 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 9346.41 (9.99%) manat və 9450.9026 (8.3%) manat olan 11 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20,320,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti  9391.876 (9.25%) manat və orta ölçülmüş qiyməti 9411.2857 (8.94%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 28.09.2023-cü ildir.