19 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2063024700 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 168 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9598.6485 (8.96%) manat və 9648.7843 (7.8%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18,000,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9620.6266 (8.45%) manat və orta ölçülmüş qiyməti  9630.7165 (8.22%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 06.07.2023-cü ildir