12 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2059024706 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 168 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 9601.2400 (8.9%) manat və 9655.3056 (7.65%) manat olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23,190,000 manat olmuşdur. 

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9622.7869 (8.4%) manat və orta ölçülmüş qiyməti  9633.2688 (8.16%) manat olaraq müəyyən edilmişdir. 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 29.06.2023-cü ildir.