11 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2058024707 dövlət qeydiyyat nömrəli 45 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9816.754 (8%) manat və 9859.67 (6.1%) manat olan 11 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 53,260,000 manat olmuşdur. 

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9823.5044 (7.7%) manat, orta ölçülmüş qiyməti isə 9830.6616 (7.38%) manat  olaraq müəyyən edilmişdir. 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 45,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 05.04.2023-cü ildir.