24 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2040024708 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 95.3288 (7%) manat və 96.9659 (4.47%) manat olan 14 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 49,133,600 manat olmuşdur. 

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96.8805 (4.6%) manat və orta ölçülmüş qiyməti 96.8999 (4.57%) manat olaraq müəyyən edilmişdir. 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 03.08.2023-cü ildir. 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.