16 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2034024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 98.9609 (4.5%) manat və 99.0799 (3.98%) manat olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 68,771,500 manat olmuşdur. 

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.0296 (4.2%) manat, orta ölçülmüş qiyməti isə   99.0629 (4.05%) manat  olaraq müəyyən edilmişdir. 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 08.02.2023-cü ildir. 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.