13 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50301996S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 97.2763 (6%) və 98.4155 (3.45%) olan 17 sifariş təqdim edilmişdir. 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 189,414,200.00 manat olmuşdur. 

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.3974 (3.49%), orta ölçülmüş qiyməti isə 98.3991 (3.49%) olaraq müəyyən edilmişdir. 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir. 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər. 

Notların ödəmə tarixi 28.09.2022-ci ildir.