11 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2031024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 167 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 97.8219 (4.80%) manat və 97.9998 (4.40%) manat olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 48,932,700 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti  97.9898 (4.42%) və orta ölçülmüş qiyməti  97.9973 (4.41%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 27.04.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.