10 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2007024709 dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiyməti intervalı 96.9462  AZN (4.5%) və 97.4755  AZN (3.7%) olan 12 sifariş təqdim edilmişdir. 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116,822,800.00 manat olmuşdur. 

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.4089  AZN (3.8%), orta ölçülmüş qiyməti isə 97.4231  AZN (3.78%) müəyyən edilmişdir. 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir. 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər. 

Notların ödəmə tarixi 17.02.2023-cü ildir.