1 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2003024703 dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 98.1675 (4%) və 98.6193 (3%) olan 10 sifariş təqdim edilmişdir. 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75,878,100.00 manat olmuşdur. 

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 98.6193 (3%) olaraq müəyyən edilmişdir. 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir. 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər. 

Notların ödəmə tarixi 16.11.2022-ci ildir.