4 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50300596S dövlət qeydiyyat nömrəli, 50 milyon manat həcmində, 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 97.2763 AZN (6%) və 98.172 AZN (3.99%) olan 14 sifariş təqdim edilmişdir. 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 156,315,500.00 manat olmuşdur. 

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.1676 AZN (4%), orta ölçülmüş qiyməti isə 98.1680 AZN (4%)  müəyyən edilmişdir. 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir. 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər. 

Notların ödəmə tarixi 22.07.2022-ci ildir.