27 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2122024709 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 9,783.1407 (9.5%) manat və  9,806.6456 (8.45%) manat olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği  80,810,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,799.0221 (8.79%) manat və orta ölçülmüş qiyməti isə 9,801.2187 (8.69%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 19.10.2023-cü ildir.