13 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2114024709 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,796.5585(8.9 %) manat və  9,821.2532 (7.8 %) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54,820,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,802.1597 (8.65%)manat və orta ölçülmüş qiyməti isə 9,813.3926 (8.15%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 05.10.2023-cü ildir.