Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

28 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2221024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 96,880.4495 (6.90%) manat və 96,937.4237 (6.77%) olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,300,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96,924.2698 (6.80%) manat və orta ölçülmüş qiyməti isə 96,928.7708 (6.79%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 14.08.2024-cü ildir.