22 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2107024708 dövlət qeydiyyat nömrəli 35 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9,619.0000 (8.49%) manat və 9,644.4416 (7.9%) manat olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81,220,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,624.0833 (8.37%) manat, orta ölçülmüş qiyməti isə 9,626.7711 (8.31%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 35,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 07.12.2023-cü ildir.