Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 7 sentyabr 2022-ci il tarixində AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 7 sentyabr 2022-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 603.53 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3 %-lik faiz gəliri 603.53 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 603.53 manat olması nəzərə alınmalıdır.