Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2051008681 İSİN-li istiqrazın emissiya prospektinə əsasən, istiqraz üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazın nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 1 mart 2023-cü il tarixində AZ2051008681 İSİN-li istiqraz üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 1 mart 2023-cü il tarixindən etibarən sözügedən istiqrazın nominal üzrə qalıq məbləği 872.75 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 872.75 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2051008681 SİN-li istiqraz ilə ticarət edərkən istiqrazın baza qiymətinin 872.75 manat olması nəzərə alınmalıdır.