Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazın emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 3 fevral 2023-cü il tarixində AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqraz üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 3 fevral 2023-cü il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 675.80 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3.25%-lik faiz gəliri 675.80 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2031008686, AZ2032008685, AZ2033008684 SİN-li istiqraz ilə ticarət edərkən istiqrazların baza qiymətinin 675.80 manat olması nəzərə alınmalıdır.