Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2055008687, AZ2056008686, AZ2057008685  İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 9 dekabr 2022-ci il tarixində AZ2055008687, AZ2056008686, AZ2057008685 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 9 dekabr 2022-ci tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 944.95 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 944.95 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2055008687, AZ2056008686, AZ2057008685 SİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 944.95 manat olması nəzərə alınmalıdır.