Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2046008689, AZ2047008688, AZ2048008687, AZ2049008686 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 13 iyul 2022-ci il tarixində AZ2046008689, AZ2047008688, AZ2048008687, AZ2049008686 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 13 iyul 2022-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 900 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3.25%-lik faiz gəliri 900 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2046008689, AZ2047008688, AZ2048008687, AZ2049008686 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 900 manat olması nəzərə alınmalıdır.