14 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2055008687 ISIN-li, 40 mln manat həcmində, 9720 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 95,000,000 manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 25 iyul 2048-ci ildir.