23 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2068008682 ISIN-li, 70,000,000 manat həcmində, 9360 gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. Hərrac qiyməti 1000,00 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 70,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 70,000,000 manat təşkil etmişdir.

İstiqrazların  ödəmə tarixi 9 iyul 2048-ci ildir.