14 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2065008685 ISIN-li, 40,000,000 manat həcmində, 9000 gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir.

İstiqrazların  ödəmə tarixi 5 iyun 2047-ci ildir.