Azərbaycan Beynəlxalq Bankı ASC (ABB) nizamnamə kapitalını 15 639 428, 97 manat və yaxud 1, 26% azaldaraq 1 241 287 248, 06 manatdan 1 225 647 819, 09 manata endirib.

Bununla bağlı qərar ABB-nin səhmdarlarının iyunun 30-da keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib. Qərara əsasən, Bankın AZ1004004581 ISIN kodlu, hər birinin nominal dəyəri 27 qəpik olan 57 923 811 ədəd adi, adlı, sənədsiz geri alınmış səhmi dövriyyədən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ASC 1992-ci ildə yaradılıb. Bankın səhmdarları Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Aqrarkredit QSC bank olmayan kredit təşkilatı BOKT , digər hüquqi və fiziki şəxslərdir.