18 may 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Beynəlxalq Bankının ümumi dəyəri 20 000 000 (iyirmi milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

Bildirilən qiymətli kağızlar üzrə 13 may 2022-ci il tarixində Bakı Fond Birjası və ABB-İnvest İnvestisiya şirkəti arasında marketmeyker müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən ABB-İnvest İnvestisiya şirkəti AZ2001004582 dövlət qeydiyyat nömrəli qiymətli kağızların tədavül müddəti ərzində 50 000 (əlli min) manatdan az olmayaraq gündəlik alış və satış öhdəliyini üzərinə götürmüşdür.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

 

Q/k-ın Ticarətə buraxılma tarixi

İstiqrazların sayı

 

İllik gəlirlilik faizi

Nominal dəyəri

 

Ödəmə periodu

Tədavül müddəti

AZ2001004582

Faizli, təmin edilməmiş istiqrazlar

Emitent tərəfindən bildirəcək

20,000

(ədəd)

   

6 %

1,000 AZN

Hər 3 (üç) təqvim ayından bir

24 ay

          







  

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.