“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ABB) 2022-ci il iyunun 14-də keçirilməsi nəzərdə tutulan səhmdarların növbəti ümumi yığıncağı 2022-ci il iyunun 30-unda keçirilməyi nəzərdə tutulmuşdur.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “ABB” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2021-ci ilin maliyyə hesabatının təsdiq edilməsi.

2. 2021-ci ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi.

3. “ABB” ASC-nin balansında geri çağırılmış səhmlərinin ləğv edilməsi.

Yığıncaq Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda keçiriləcəkdir.