30 iyun 2022-ci il tarixində ABB-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.

Yığıncaqda ABB-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə olunmuş 2021-ci il üzrə maliyyə hesabatı təsdiq edilib.

2021-ci ilin maliyyə nəticələrinə əsasən, Bankın səhmdarlarına dividendin ödənilməsi məsələsinə də baxılıb. Ötən ilin mənfəətindən səhmdarlara 125 milyon manat dividendin ödənilməsinə qərar verilib.

İclasda ABB-nin geri çağırılmış səhmlərinin Bankın balansında ləğvi məsələsinə də baxılıb və bununla bağlı müvafiq qərar qəbul edilib.