Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni üzv seçilib. Belə ki, Direktorlar Şurasının qərarına əsasən Günel Rəhimova “Atəşgah” SŞ-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.

Rəhimova Günel Cəfərağa qızı 2011-ci ildə “Atəşgah” SŞ-nə işə qəbul olaraq “Anderraytinq və təkrarsığorta” şöbəsində müxtəlif vəzifələr tutmuşdur. 0, 2015-ci ildə - şöbə müdiri, 2018-ci ildə isə “Sığorta risklərinin qiymətləndirilməsi” idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Peşəkar fəaliyyəti çərçivəsində bir çox nailiyyətlər qazanmış Günel Rəhimova “Chartered Insurance Institute”-nin diplomunu və “Assurance Medical Underwriting Society”-nin sertifikatını əldə etmişdir.

Qeyd edək ki, hazırda “Atəşgah” SŞ-nin İdarə Heyətinin sədri vəzifəsini Əliyev Azər Allahverdi oğlu, İdarə Heyəti Sədrinin müavini vəzifəsini isə İsmayılov Fuad Faiq oğlu və Rzayev Orxan Faid oğlu icra edirlər.