“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 50 ədəd taxılyığan kombaynların xırdalayıcı ilə və 25 ədəd taxılyığan kombaynların (dağlıq ərazilərdə istifadə edilməsi üçün mexanizmi olan) satınalınması üçün elan edilmiş tenderin qalibi məlum olub: “AZFERT”

Marja "Elektron satınalma" portalına istinadən xəbər verir ki, “Aqrolizinq” ASC “AZFERT” MMC ilə müqavilə mağlayıb. Müqavilənin məbləği 21 milyon 549 min 870 manatdır. 

2016-ci ildə dövlət qeydiyyatına alınmış və hüquqi ünvanı Bakının Buzovna qəsəbəsində olan “AZFERT” MMC-nin nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Anar Yusifovdur. 

“AZFERT” MMC “Aqrolizinq” ASC-nin gübrələrin satınalması üçün elan etdiyi tenderlərin də qalibi olur.