09İyn2023
04:14:09Ticarət bağlıdır
Bazar statusu
SəhmBazar bağlıdır
İstiqrazBazar bağlıdır
REPOBazar bağlıdır

Günay Sığorta ASC

  • Alət
  • Hesabatlar
  • Struktur
  • Xəbərlər
Tam Adı:Günay Sığorta ASC
Quruluş tarixi:04.09.1992
Sektor:Maliyyə
Əlaqəli şəxs:Salmanlı Hikmət (İdarə Heyətinin Sədri)
Auditor:RSM Azərbaycan
Baş ofis:Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 75C
Əlaqə telefonu:990
E-mail:office@gunaysigorta.az
Rəsmi saytı:https://www.gunaysigorta.az
İş fəaliyyəti:

Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 30 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. 14 avqust 2008-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 042483 saylı müddətsiz lisenziya verilmişdir.

Şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur.

Bizim sığortaçılıq anlayışımız müştəri yönümlü yanaşma ilə güvənə və ədalətə əsaslanan şəffaf və mütərəqqi sığorta xidməti göstərməkdir. Məqsədimiz sürətlə yox, keyfiyyətlə böyümək və pərakəndə sığorta bazarında ən arzuolunan şirkət olmaqdır.

"Günay Sığorta" ASC-nın müştərilərinə göstərdiyi yüksək və operativ xidmət onun sığorta bazarında möhkəmlənməsinə, xarici sığorta və təkrarsığorta şirkətləri ilə uzunmüddətli və güvənli əməkdaşlıq qurmasına səbəb olmuşdur. Türkiyənin ən böyük sığortaçılarından olan «Anadolu Sığorta»  şirkəti ilə 20 ilə yaxın birgə fəaliyyət göstərmiş, dünyanın tanınmış sığorta və təkrar sığorta şirkətlərindən olan "Zurich", "Allianz Türkiye", "İnqosstrach",  "Azre Təkrarsığorta"  və s. kimi böyük şirkətləri ilə əməkdaşlığını davam etdirməkdədir.

Hazırda 11,100,000  manat nizamnamə kapitalına malik olan "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir.

Yüklə
Qiymətli kağızın adı:AZ1001008346 Səhm
İnvestisiya qiymətli kağızı:Səhm
Növü:Adi
Forma:sənədsiz adlı
ISIN:AZ1001008346
Ticker:N/A
Nominal:1000 AZN
Qiymətli kağızların sayı:2,200
Listinq tarixi:06.04.2022
Ticarətə buraxılma tarixi:-
Bazar seqmenti:Standart
Lot sayı:1
Valyuta:AZN

Səhmdarlar

AdıSahib olduğu pay (%)
Fiziki şəxs100.0000%

İdarəetmə

İdarə heyəti

  • Salmanlı Hikmət
Bağlanış qiyməti (manatla)
Dəyişim
Ən yüksək qiymət
Ən aşağı qiymət
Həcm (manatla)