Mətbuat üçün məlumat
N_1561 Bakı, 22 dekabr, 2008-ci il
19 dekabr 2008-ci il tarixində Bakı Fond Birjası “Fond bazarı: bizimlə öyrənin və qazanın” kampaniyası çərçivəsində Şəki şəhərində qiymətli kağızlara dair növbəti konfransı keçirmişdir. Konfransın təşkili və keçirilməsinə Şəki şəhər İcra Hakimiyyəti və Şəki Regional Biznes Tədris Mərkəzi yaxından dəstək vermişdir.
Tədbirdə rayonun 15-dək aparıcı səhmdar cəmiyyəti və təşkilatı iştirak etmişdir. Konfransda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Milli Depozit Mərkəzi, Bakı Fond Birjasının məsul işçiləri, həmçinin “Texnika Kapital Menecment” broker şirkətinin rəhbəri çıxış etmiş, iştirakçılara Azərbaycan qiymətli kağızlar bazarı və burada olan imkanlar barədə geniş məlumat vermişlər. Mövzu tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Qeyd edək ki, Bakı Fond Birjası 2007-ci ilin sonundan “Fond bazarl: bizimlə öyrənin və qazanın” kampaniyasını həyata keçirir və bu qəbildən olan konfranslar bundan öncə Gəncə və Lənkəran şəhərlərində təşkil olunmuşdur. Maarifləndirici səciyyə daşıyan kampaniyanın məqsədi ölkənin regionlarında biznes dairələr və iş adamları ilə ünsiyyət qurmaqla onları yerli fond bazarı və onun perspektivləri haqda məlumatlandırmaqdan ibarətdir.
N_1274 Bakı, 21 aprel, 2008-ci il
2008-ci ilin aprel ayının 18-də Bakı Fond Birjası «Fond bazarı: bizimlə öyrənin və qazanın» kampaniyası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə və Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lənkəran şəhərində qiymətli kağızlara dair növbəti regional konfrans keçirmişdir. Konfransda 30-dan artıq yerli müəssisə və şirkətlərin rəhbər şəxsləri və nümayəndələri, eləcə də sahibkarlar iştirak etmişlər. Tədbirə həmçinin İqtisadi İnkişaf Nazirliyinin Lənkəran şəhər idarəsinin nümayəndələri də qatılmışlar.
Konfransda Bakı Fond Birjasının, Azərbayjan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Milli Depozit Mərkəzinin nümayəndələri çıxış etmiş, həmçinin «AzərİnterTreyd» və «Texnika Kapital Menejment» broker şirkətlərinin rəhbərləri də öz fəaliyyətləri haqda iştirakçılara məlumat vermişlər. Konfransda fond bazarı, buradakı infrastruktur, perspektivlər və imkanlar barədə ətraflı məlumat verilmiş və iştirakçılarla sərbəst şəkildə sual-javab aparılmışdır. Tədbir yerli biznes auditoriya tərəfindən böyük maraqla qarşılanmışdır.
Qeyd edək ki, «Fond bazarı: bizimlə öyrənin və qazanın» kampaniyası çərçivəsində ilk belə tədbir ötən ilin dekab ayında Gənjə şəhərində keçirilmişdir. Kampaniyanın əsas məqsədi ölkədə fond bazarına marağı artırmaq, yerli biznes dairələri və iş adamlarının qiymətli kağızlar haqqında bilgilərini genişləndirməkdən ibarətdir.
N_1136 Bakı, 11 dekabr, 2007-ci il
2007-ci ilin dekabr ayının 7-də Bakı Fond Birjası «Fond bazarı: bizimlə öyrənin və qazanın» kampaniyası çərçivəsində Gəncə Sahibkarlar Assosiasiyası ilə birgə və Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi ilə ilk dəfə olaraq Gəncə şəhərində qiymətli kağızlara dair regional konfrans keçirmişdir. Konfransda 60-dan artıq yerli müəssisə və şirkətlərin rəhbər şəxsləri və nümayəndələri iştirak etmişlər.
Tədbirə həmçinin İqtisadi İnkişaf Nazirliyinin Gəncə şəhər idarəsinin nümayəndəsi, yerli icra hakimiyyətlərinin nümayəndələri və digər şəxslər də qatılmışlar. Konfransda Bakı Fond Birjasının, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Milli Depozit Mərkəzinin nümayəndələri çıxış etmiş, həmçinin «Standard Capital», «AzərİnterTreyd» və «Texnika Kapital Menecment» broker şirkətlərinin rəhbərləri və nümayəndələri də öz fəaliyyətləri haqda iştirakçılara məlumat vermişlər. Konfransda fond bazarı, buradakı infrastruktur, perspektivlər və imkanlar barədə ətraflı məlumat verilmiş və iştirakçılarla sərbəst şəkildə sual-cavab aparılmışdır.
Tədbir yerli biznes auditoriya tərəfindən böyük maraqla qarşılanmışdır. Qeyd edək ki, «Fond bazarı: bizimlə öyrənin və qazanın» kampaniyası çərçivəsində analoci tədbirlər respublikanın digər rayonlarında da keçiriləcək. Bu kampaniyanın əsas məqsədi ölkədə fond bazarına marağı artırmaq, yerli biznes dairələri və iş adamlarının qiymətli kağızlar haqqında bilgilərini genişləndirməkdən ibarətdir.
Materiallar
Şəki konfransının materialları
Lənkəran konfransının materialları
Gəncə konfransının materialları
Fotolar
Şəki konfransının fotoları
Lənkəran konfransının fotoları
Gəncə konfransının fotoları
|