08 fevral 2010-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının 3 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir.
Sifarişlər 3 investor tərəfindən təqdim olunmuşdur. Sifarişin nominal üzrə məbləği 7 591 000 manat təşkil etmişdir.
Sifarişlər 100.0632% qiymətdə təqdim edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 000 000 manat məbləğində müəyyən edilmişdir.
İstiqraz vərəqələrinin ödəmə tarixi 11 dekabr 2019-cu ildir.
|