08 fevral 2010-cu il tarixindən etibarən Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu»-nun (AİF) faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac başlanacaq.
Hərraca 3 000 000 AZN həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. İstiqrazlar cari qiymətlə (100,0632) satışa çıxarılacaqdır.
Istiqrazların ödənmə tarixi – 11 dekabr 2019-cu ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir. Istiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı.
AİF-in istiqrazların ikinci emissiyasının yerləşdirilməsinə 01 fevral 2010-cu il tarixində başlanılmışdır və bugünə kimi 3.000.000 AZNhəcmində istiqraz yerləşdirilmişdir.
Istiqrazlar əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının emissiya prospekti 30 dekabr 2009-cu il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 75.000.000 AZN təşkil edir, istiqrazın nominal dəyəri 1.000 AZN, istiqraz üzrə gəlirlilik 3,25% təşkil edir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək.
|