30 dekabr 2009-cu il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komissiyasının yığıncağı keçirilmişdir.
Yığıncaqda komissiyanın qəbul etdiyi qərarlara əsasən, “Texnikabank” ASC-nin AZ100100508 dövlət qeydiyyat nömrəli adi adlı sənədsiz səhmləri, AZ200500508 və AZ200600508 dövlət qeydiyyat nömrəli adi adlı sənədsiz istiqrazları, həmçinin “Dəmirbank” ASC-nin AZ100100014 və AZ100100014P dövlət qeydiyyat nömrəli adi adlı səhmləri və AZ300100014 dövlət qeydiyyat nömrəli imtiyazlı adlı səhmləri BFB-nin birinci səviyyəli kotirovka vərəqəsinə daxil edilmişdir.
|