29 sentyabr 2009-cu il tarixində “Park Inn” otelinin “Dan Ulduzu” zalında Bakı Fond Birjası Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə “Listinq: alternativ maliyyələşmə yolu” adlı konfrans təşkil edəcək. Tədbirdə Bakı Fond Birjasının yeni listinq qaydaları haqqında ətraflı məlumat veriləcək, listinqin şirkətlərin maliyyə imkanlarının artırılmasında rolu və alternativ maliyyələşmə vasitələri mövzularında məruzələr dinləniləcək.
Konfransa 100-dən artıq maliyyə və digər sektorları təmsil edən Azərbaycan şirkətlərinin nümayəndələrinin iştirakı və məruzəçi qismində London və İstanbul fond birjalarının təmsilçilərinin qatılacağı gözlənilir. Xarici qonaqlar təmsil etdikləri birjaların listinq təcrübəsi və alternativ maliyyə bazarlarının imkanları barədə məlumat verəcəklər.
Konfrans işinə saat 10:00-da başlayacaq.
|