Bakı Fond Birjasının səhmdarlarının və üzvlərinin tərkibində dəyişiklik baş vermişdir. “AGBank” ASC Bakı Fond Birjasının səhmdarları və üzvləri sırasından çıxmış, onun yerinə “Caspian Financial” MMC şirkəti daxil olmuşdur.
“Caspian Financial” şirkəti 51% səhm payına malik investisiya şirkəti, Kazimir Partners (Böyük Britaniya) və 49% səhm payına malik AGBank tərəfindən təsis olunmuşdur.
Şirkət daxili və xarici qiymətli kağızlar bazarında broker xidmətləri, investment banking və aktivlərin idarə olunması xidmətləri göstərmək məqsədi ilə yaradılmışdır.
Qeyd edək ki, “Caspian Financial” MMC şirkəti 14 may 2009-cu il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində broker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır.
|